!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə olunan Baxmutda əks-hücum əməliyyatları: “Düşmən ağır itkilər versə də, hələ ki...” – Ukraynalı general

!Reklam – Yazi

“Rusiya ordusu şəhəri mühasirəyə almaq üçün əlindəki bütün vasitələrdən istifadə edir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Baxmut uğrunda gedən döyüşlər haqda danışan Ukrayna ordusu Şərq qruplaşmasının komandanı general-polkovnik Aleksandr Sırski deyib.

Generalın sözlərinə görə, Rusiya ordusunun Baxmuta bir neçə istiqamətdən davam etdirdiyi hücum uğursuzluqla nəticələnib:

“Düşmənim hücum cəhdləri uğursuzluqla nəticələnsə də, Rusiya ordusu şəhəri mühasirəyə almaq üçün əlindəki bütün vasitələrdən istifadə edir.

Bizim qüvvələrimiz Baxmutda yalnız müdafiə döyüşləri aparmırlar, onlar həm də aktiv əks-hücum əməliyyatları həyata keçirirlər.

Məhz bu taktika bizə artıq neçə aydır ki, düşmənin hücumlarını dayandırmağa və cəbhənin genişlənməsinin qarşısını almağa imkan verir”.

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv