!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müdafiə sənayesinin inkişafı Türkiyəni qlobal oyunçuya çevirib” – “Wall Street Journal”

!Reklam – Yazi

ABŞ-nin nüfuzlu nəşri Türkiyə müdafiə sənayesinin son illərdə müşahidə olunan inkişafının ölkəyə ciddi üstünlüklər qazandırdığını yazıb.

Yenicag.az haber7.com-a istinadən xəbər verir ki, ABŞ-nin “Wall Street Journal” nəşrində dərc olunan məqalədə Türkiyənin müasir silahlar istehsalçısı olaraq qlobal oyunçuya çevrildiyi qeyd olunub.

Materialda Türkiyənin Rusiyanın hərbi təcavüz etdiyi Ukraynada savaşın yönünü dəyişən və Azərbaycanın 2020-ci ildə Ermənistan üzərində qazandığı qələbədə mühüm rol oynayan son dərəcə effektli PUA-lar istehsal etdiyi vurğulanıb.

“Wall Street Journal” Türkiyənin artıq pilotsuz dəniz aparatları və “qatil robot” istehsalı ilə gündəmə gəldiyini diqqətə çatdırıb. Nəşr qeyd edib ki, müdafiə sənayesinin sürətli inkişafı Türkiyəni müasir silahlar istehsalçısı olaraq qlobal oyunçuya çevirib.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv