!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllim və şagird dərs zamanı ÖLDÜ

!Reklam – Yazi

Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib.

Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.

Bu gün həmçinin, Oğuz rayonunda 11-ci sinif şagirdi dərs zamanı ölüb. Hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

Məktəbin 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəflətən halı pisləşib. 16 yaşlı Z.Əzizova elə məktəbdə keçinib.

Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv