!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimlər, DİQQƏT: Növbəti vakansiya seçimi mərhələsi başlayır

!Reklam – Yazi

Aprelin 23-də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Yenicag.az-a bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.

Vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq.

Xatırladaq ki, aprelin 17-dən 19-dək keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv