!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimlər günündə pul yığılması ilə bağlı şikayət daxil oldu? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində ümumi təhsil müəssisələrində pul yığımı iddiası ilə ötən günlər ərzində Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə bir neçə vətəndaş müraciəti daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müraciət edən və qeyd olunan halın araşdırılmasını tələb edən vətəndaşların natamam məlumat təqdim etməsi səbəbindən müraciətlər qeydə alınmayıb:

“Belə ki, vətəndaşlar bəzi hallarda özünü təqdim etmədən müraciətin araşdırılmasını tələb ediblər. Bu halda vətəndaşların Elm Və Təhsil Nazirliyinə vətəndaş müraciətləri üçün nəzərdə tutulmuş portal.edu.az platforması üzərindən müraciət etmələri tövsiyə olunub”, – deyə nazirlikdən bildirilib.

 

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv