!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimlərin sertifikatlaşdırılması nə vaxt aparılacaq? - QAYDALAR / FOTO

!Reklam – Yazi

Bu ilin sonu müəllimlərin sertifikatlaşdırılması həyata keçiriləcək.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumatına görə, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Prosesə cəlb ediləcək pedaqoji heyət əvvəlcədən bu barədə məlumatlandırılacaq.

Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin cari təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.

Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.

Qeyd edək ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlar aşağıdakı infoqrafikalarda təqdim olunub.

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv