!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müflis ölkədən həftənin 4 günü işləmək qərarı: "İşçilər istirahət günlərində tərəvəz yetişdirsinlər"

!Reklam – Yazi

Pandemiya dövründə evdən işləməyin geniş yayılması bir çox ölkədə yeni iş modeli olan həftənin 4 günü işləmək addımının reallaşmasına səbəb olub. Belə ölkələrdən bir də Şri-Lankadır.

Yenicag.az xəbər verir ki, Şri-Lanka tamamilə fərqli bir səbəbdən bu addımı atıb.

Borc böhranı səbəbilə iflasa sürüklənən ölkə artan ərzaq və yanacaq qıtlığını aradan qaldırmaq üçün iş günlərini azaltmaq qərarına gəlib. Son illərin ən ciddi iqtisadi və siyasi böhranını yaşayan Şri-Lankada hökumət cümə gününü dövlət qurumlarında üç ay müddətinə tətil elan edib.

İşçilərin maaşları kəsilməyəcək, lakin işçilərdən meyvə-tərəvəzləri özlərinin istehsal etməsi xahiş olunur. Bununla da ərzaq böhranının təsirinin azaldılması planlaşdırılır. Hökumətin verdiyi açıqlamaya görə, ərzaq qıtlığının həlli üçün dövlət məmurlarının bu müddət ərzində bir gün istirahət edib öz bağlarında və ya başqa yerlərdə əkinçiliklə məşğul olmaları məqsədəuyğun hesab edilir.

Xəstəxana, liman və digər kritik missiyalarda olan insanları əhatə etməyən qərara münasibət isə birmənalı deyil. Əksəriyyət bu planın baş tutmayacağını iddia edərək kasıb dövlət işçilərinin bəzilərinin bağçasının olmadığını bildirir.

Gülşən Şərif

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv