!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müğənni Aslan Hüseynovun ölüm xəbəri TƏSDİQLƏNDİ - YENİLƏNDİ 2

!Reklam – Yazi

Müğənni Aslan Hüseynov vəfat edib.

Yenicag.az Baku TV-yə istinadən xəbər verir ki, müğənni Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzasına düşüb.

Hadisə zamanı Aslan Hüseynovun idarə etdiyi avtomobil “KamAz”a çırpılıb. Bu zaman müğənni və yanındakı şəxs həyatını itirib.

*

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır: “Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib”.

*

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur.

“Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib”, – deyə DYP rəsmisi məlumat verib.

Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün “Instagram” hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib.

www.yenicag.az

7279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv