Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Müğənni İradə İbrahimovanın ailəsində dəhşətli anlar - Son dəqiqədə xilas oldular +Video+ÖZƏL

Türkiyənin Bodrum şəhərində güclü zəlzələ baş verib.

70-dək sakin güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

Məlumata görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Bodrumda istirahət edən Azərbaycanın tanınmış müğənnisi İradə İbrahimovanın ailəsində də qorxulu anlar yaşanıb. Belə ki zəlzələ baş verən anda evdə olan ailə son anda həyətə qaçmağa imkan tapıb.

Hələ də stressdə olduğunu deyən İradə İbrahimova Yenicag.az-a baş verənləri danışdı:

“Hər şey bir anda oldu. Ən çox uşaqlar üçün narahat idik. Oğlum yatmışdı. Ceyhunla uşaqları necə götürüb çıxdığımı xatırlamıram. Gecəni evin bağçasında keçirtdik. Çox şükür ki, salamatıq. Bizə görə narahat olan hər kəsə minnətdarıq”.

Qeyd edək ki, Egey dənizində zəlzələ 6,7 bal gücündə baş verib. Yearltı təkanların episentri Kos adasından 16,2 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Yunanıstanın Kos adasında zəlzələ nəticəsində 2 nəfər həlak olub, 120 nəfər xəsarət alıb.

Zakirə Zakirqızı
Yenicag.az

www.yenicag.az

604
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM