!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Müğənni Nazimdən SƏS-KÜYLÜ AÇIQLAMA: “Botoks vurduran, ora-burasını şişirdən kişiyə…”

!Reklam – Yazi

“Botokssuz kişi daha xarizmatik görünür. Kimlər ki, botoks vurdurub, haralarınısa şişirdirlərsə, bu onların şəxsi işidir”.

Bunu həmkarı İzzət Bağırovun “kişilərin üzə botoks vurdurmasını qəbul etmirəm” fikrinə münasibət bildirərən müğənni Nazim Pişyari Yenicag.az-a açılamasında deyib.

Nazim kişinin plastik əməliyyat etməsini qəbul etmədiyini, lakin edənlərə də pis baxmadığını bildirib:

“İzzətin bu mövqeyini dəstəkləyirəm. Əgər kişinin anadangəlmə bir qüsuru yoxdursa, plastik əməliyyat etdirməsinə normal baxmıram. Düşünürəm ki, kişi elə öz kişiliyində qalsa, anadangəlmə Allahın ona bəxş etdiyi vücudunu dəyişməsə, daha məqsədəuyğun olar. Amma kimlər ki, bu əməliyyatı etdirirsə, botoks vurdurub haralarınısa şişirdirlərsə, bu da onların şəxsi işidir. Yəqin onların özlərinə, görünüşlərinə qarşı bir kompleksləri var ki, bu vasitəyə əl atırlar. Onların işlərinə qarışmağa haqqımız yoxdur.

Ümumiyyətlə, kişinin botoks vurdurmasını və digər plastik, estetik əməliyyatları qəbul etmirəm. Botokssuz kişi daha ecazkar, səmimi, sadə və xarizmatik görünür”.

Qeyd edək ki, İzzət Bağırov efirdə kişilərin plastik əməliyyat etdirməsi ilə bağlı açıqlamasında belə deyib: “Bir də görürsən ki, kimsə saç əkdirir. Ona etirazım yoxdur. Saç əkdirmək gözəl şeydir. Saç olmayanda və ya burun həddən artıq yekə olanda insan kompleksə düşür. Böyük, əyri burnu aradan qaldırmaq üçün plastik əməliyyat keçirirlər. Burada nə var ki? Amma kişilərin üzə botoks vurdurmasını qəbul etmirəm”.

Cəvahir

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv