!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Müğənninin qətli ilə başlayan qarşıdurmada BARIŞIQ: “Yazıblar ki, Əlini “sındırdılar...” - FOTO

!Reklam – Yazi

“Əslində, mən Şəlalədən küsməmişdim, onun bacısı mənim də doğmam idi”.

Həyat yoldaşı tərəfindən öldürülən müğənni Yaqut Nərimanın bacısı Şəlalə Nəriman məhkəməyə verməyə hazırlaşdığı müğənni Əli Mirəliyevlə barışıb.

Onları aparıcı Elgiz Əkbər barışdırıb. Elgizin barışıq zamanı çəkilən görüntünü sosial şəbəkə hesabında paylaşması yeni müzakirələrə səbəb olub.

Tanınmış prodüser və aparıcı Tarix Əliyev paylaşıma “Bu Əli həmişə belə olub, sındırıblar”, – deyə şərh yazıb

Yenicag.az-a açıqlama verən Əli Mirəliyev isə barışıq haqda biunları deyib:

“Əslində, mən Şəlalədən küsməmişdim, onun bacısı mənim də doğmam idi. Ağır faciə yaşamış bir ailədən necə inciyə bilərəm? Yaqutu həmişə çox istəmişəm, heyf ondan”.

Sənətçi barışıqla bağlı müzakirələrdə ünvanına yazılmış mənfi rəylərə də münasibət bildirib:

“Yazıblar ki, Əlini sındırdılar. Xeyr, nə sındırmaq? Mən elə özüm sınmışam, çünki sənətinə, xanımlığına dəyər verdiyim o cür gənc bir insan həyatını itirdi. Yaqutun itkisi mənim də itkimdir”.

Qeyd edək ki, müğənni Əli Mirəliyev televiziyada yayımlanan verilişlərin birində mərhum müğənni haqqında “Sağ olarkən içkili halda mənə zəng vurmuşdu. O, artıq yolunu azmışdı” ifadəsini işlətmişdi. Buna görə sənətçinin bacısı onu məhkəməyə verəcəyini demişdi.

Cəvahir

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv