!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mühacir müxalifətçidən Əli Kərimliyə sərt reaksiya : “Sənin kriminal bandan da məni...”

!Reklam – Yazi

Müxalifətin dünənki icazəsiz aksiyasında yaşananlar mühacirlər tərəfindən də birmənalı qarşılanmayıb. Belə ki, AXCP sədri Əli Kərimlinin polis təzyiqinə məruz qalmasına dair iddialarına müxalif düşərgədən sərt təpki gəlib.

Yenicag.az xəbər verir ki, sabiq OMON komandirlərindən olan Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rza AXCP sədrinə qarşı sərt ittiham irəli sürüb. Bir müddət öncə Əli Kərimlinin adamları tərəfindən vəhşicəsinə döyüldüyünü bildirən Q.Rza öz sosial media hesabında bunları yazıb: “Əli Kərimov, sənə tək kəlmə deyə bilərəm ki, bundan da pis günə qalacaqsan. 2 avqust 2013-cü ildə sənin Moskvadakı kriminal bandan mənə qarşı eyni vəhşiliyi törətmişdi. Mən Avropaya qayıdıb, çaynik zərbələri ilə başımdakı tikişləri və bədənimdəki dəmir-metal əşyalarla vurulan yaraları göstərərkən, “Skayp”ı üzümə qapatmışdın. Allah sənə heç vaxt iqtidar nəsib etməsin”.

www.yenicag.az

1801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv