!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mühafizə orderlərinin verilmə müddəti uzadılır

!Reklam – Yazi

Məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi müddəti artırılır.

Yenicag.az xəbər verir ki, bunula bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Qanunun qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar 11-ci və 12-ci maddələrində qısamüddətli mühafizə orderinin müddətinin beynəlxalq təcrübəyə əsaslanaraq 60 günədək artırılması təklif olunur.

Eyni zamanda qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilməsi nəzərdə tutulur.

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv