!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mühafizəkarları gözləyən SARSIDICI MƏĞLUBİYYƏT: Rişi Sunak seçkiyə hansı “baqaj”la gedir?

!Reklam – Yazi

Böyük Britaniyada hakimiyyətdə olan Mühaizəkarlar Partiyasının qarşıdakı seçkilərdə ağır məğlubiyyətə uğrayacağı proqnozlaşdırılır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu gözlənti “YouGov” şirkətinin 14 min britaniyalı arasında keçirdiyi rəy sorğusunun nəticələri əsasında yaranıb.

Məlumata görə, sorğunun nəticələri indi hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının ən geci 2025-ci ilin yanvarında keçirilməli olan seçkilərdə sarsıdıcı məğlubiyyətlə üzləşəcəyini göstərir.

Qeyd olunur ki, bu nəticələri ölkə üzrə ümumiləşdirdikdə növbəti seçkilərdə leyboristlər parlamentdə 385, mühafizəkarlar isə cəmi 169 yer qazanacaq.

Maraqlıdır ki, deyilən proqnoz doğrulsa, bu, seçkilərdə mühafizəkarların 1997-ci ildən sonra uğrayacaqları ən ağır məğlubiyyət olacaq.

Bildirilir ki, ölkədə yaranmış mövcud şərtlər daxilində leyboristlər seçkilərdə əzici qalibiyyət qazansalar, onların hakimiyyəti azı 10 il davam edəcək.

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv