!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə bataqlığı: "Putinin inadkarlığı ölkəsini məhvə aparır" - Politoloq

!Reklam – Yazi

“Rusiya birinci mərhələdə uğur qazanmadı, ikinci mərhələdə də uğur qazana bilməyəcək, bu o deməkdir ki, üçüncü mərhələ olmayacaq”.

Bu sözləri Rusiya və Ukrayna prezidentlərinin görüşmə ehtimalı və müharibənin ikinci fazasının gətirəcəyi yeni reallıqları şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya müharibənin ikinci fazasında da uğur qazana bilməyəcək:

“Putin müharibəni başlayanda elə təsəvvür edirdi ki, çox asan qələbə çalacaq, ancaq yanıldı. Təxminləri düzgün çıxmadı. İndi acı həqiqət qarşısında qalıb. Müharibə davam edərsə, bütün ağır itkilərə rəğmən, Ukrayna son nəticədə qalib gələ və Donetsk, Luqanskı da azad edə bilər. Belə vəziyyətdə Putin geri çəkilsə, hakimiyyəti itirəcək. Putinin arxasında nəhəng bir zümrə var. Rusiyanı qarət ediblər, milayarderə, milyonçuya dönüblər. Onlar belə asanlıqla yığdıqları qəniməti əldən vermək istəməyəcəklər.

Moriupol xarabalığa dönüb. Orada millətçilər, “Azov” alayı və dəniz piyadaları qalıb. Əgər onların hamısı həlak olsa, Moriupol müdafiəçiləri Ukrayna xalqını bir araya gətirən, onlara özlərinə hörmət etmək hissi oyadan bir nümunə kimi qalacaq. Necə ki bunun tarixdə örnəkləri var. Misal üçün, Brest qalası. Rusiya Moriupolda qalan hərbçilərin hamısını öldürsə, əksinə, ukraynalıları gücləndirmiş olacaq.

Türkiyə təklif edir ki, Rusiya onları ərazidən çıxarmağa şərait yaratsın, ancaq ruslar razılaşmır. Beynəlxalq aləm, Ukrayna təklif edir ki, koridor açsınlar, Rusiya tərəfi isə silahı qoyub çıxmalarını bildirir. Axı Mariupol müdafiəçiləri məğlub olmayıb. Niyə görə silahı qoyub getməlidirlər?

Rusiya müharibəninin ikinci fazasını başlayıb. Bütün təhlilçilər bildirir ki, ikinci fazada da Rusiyanın qələbə çalmaq şansı sıfıra yaxındır. Ancaq Putin dirənib. Ölkəsi bütün dünyadan təcrid olunub. Faktiki bütün dünya məhkəmələri cani kimi Putinə cinayət işi qaldıracaq. Deyirlər, Rusiya atom bombasından istifadə edə bilir. Bunun ardı var. Onu düşünmək lazımdır. Putin deyir ki, qələbə çalacaq. Qələbə mümkün deyil, heç kim qələbəni tanımayacaq. Putinin inadkarlığı, oğurluğu ölkəsini məhvə aparır”.

Səxavət Məmməd

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv