!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müharibə bir neçə həftəyə bitə bilər” – Putinin MÜSAHİBƏSİNDƏN

!Reklam – Yazi

Putin Ukraynadakı müharibənin tezliklə bitə biləcəyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin amerikalı jurnalist, “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsona müsahibəsində deyib.

Putin jurnalistin “Niyə Baydeni Ukraynadakı münaqişəni dayandırmağa çağırmır?” sualına belə cavab verib:

“Əgər siz həqiqətən də hərbi əməliyyatları dayandırmaq istəyirsinizsə, silah tədarükünü dayandırmalı olacaqsınız. Hər şey bir neçə həftəyə bitəcək, hamısı budur”.

Sonra Putin Baydenə niyə zəng etməyəcəyini açıqlayıb.

“Mən ona niyə zəng etməliyəm? Nə danışmaq və ya nə soruşmaq lazımdır? “Ukraynaya filan silah tədarük edəcəksiniz?” Bunu soruşum? Oy, qorxuram, lütfən çatdırmayın”. Bunu deyim?”, – Rusiya lideri əlavə edib.

Onun sözlərinə görə, ABŞ-də kimin qərarlar verdiyini anlamaq asan deyil.

“Amerika mürəkkəb ölkədir. bir tərəfdən mühafizəkar, digər tərəfdən sürətlə dəyişən. Bunu anlamaq bizim üçün asan deyil.

Seçkilərdə qərarları kim verir? Təbii ki, iki dominant partiya var: Respublikaçılar və Demokratlar. Və bu partiya sistemində qərar qəbul edən və qərarlar hazırlayan mərkəzlər var”, – Putin bildirib.

Eyni zamanda, Putin etiraf etdi ki, Ukraynada “hərbi əməliyyatın” bütün məqsədlərinə nail olunmayıb.

“Biz hələ öz məqsədlərimizə nail olmamışıq, çünki məqsədlərdən biri millətsizləşdirmədir. Bu, İstanbulda apardığımız danışıqlarda müzakirə etdiyimiz məsələlərdən biridir”, – Putin qeyd edib.

Karlsonun Rusiya Federasiyası prezidentinin “millətsizləşdirmə” dedikdə nəyi nəzərdə tutduğunu soruşub.
Putin belə cavab verib:
“Biz dünyasını dəyişən insanlardan qurtulmalı, nasizm nəzəriyyəsini və praktikasını qoruyub saxlamağa çalışmalıyıq.
Məlum olur ki, bunu danışıqlar prosesində etmək olar. Burada müasir sivil dövlət kimi Ukrayna üçün isə alçaldıcı heç nə yoxdur”, – o əlavə edib.

Xuraman Etibarlı

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv