!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə qızışır: Moskvadan sonra Krıma PUA hücumu

!Reklam – Yazi

Rusiya tərəfindən ilhaq edilən Krım yarımadası üzərində 11 ədəd pilotsuz uçan aparatı (PUA) zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın yarımadaya təyin etdiyi “rəhbər” Sergey Aksenov məlumat yayıb.

Onun sözlərinə görə, PUA-nın qalıqları Kirovski rayonunda fərdi yaşayış evinə, həmçinin Cankoy rayonundakı sursat anbarına ziyan vurub.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Cankoy rayonu və Cankoy-Simferopol avtomobil və dəmir yolunda hərəkət dayandırılıb. Məhdudiyyətlər təhlükəsizlik məqsədilə tətbiq edilib.

Aksenov Cankoy rayonundakı fövqəladə vəziyyət yerindən 5 kilometr radiusda yerləşən kəndlərin əhalisinin təxliyə edildiyini açıqlayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya da pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Məlumata görə, hücumda istifadə edilən iki PUA zərərsizləşdirilib. Hadisə nəticəsində itki olmadığı qeyd edilib.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv