!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə və davam edən müzakirələr: "Danışıqların heç biri özünü doğrultmur" - ŞƏRH

!Reklam – Yazi

“Putinin məqsədi müharibəni davam etdirməkdir. Ukraynanın da məqsədi masada güclü olmaq üçün hərb meydanında qələbələr əldə etmək”.

Bunu Ukraynada baş verən müharibə fonundakı proseslər və yaxın vədədə cərayan edəcək hadisələri şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu bildirib ki, müharibənin yaxın günlərdə bitəcəyi gözələnilmir:

“Müharibə dayanmayacaq və bir müddət də davam edəcək. Doğrudur, Belarusda bir neçə raund danışıqlar oldu. Sonra bu danışıqlar Türkiyədə davam etdi. Türkiyə danışıqlarına müəyyən ümidlər də var idi, ancaq o zaman da bu danışıqlar barədə optimist deyildim. Danışıqların heç biri özünü doğrultmur. Rusiya Kiyevi işğal edə bilməsə də, əsas hədəf Donbasın ərazisinin genişləndirilməsi və Krıma quru yolunun təmin olunmasıdır. Ruslar, əslində, Krıma quru yolu Xersonu işğal etməklə təmin ediblər. Ukrayna isə bununla razılaşa bilməz. Ukrayna, uzaqbaşı, 24 fevrala qədər durum necə idisə, onunla razılaşa bilər. Ancaq sonrakı mərhələdə işğal edilmiş əraziləri geri qaytarmalıdır. Bu isə danışıqlar masasında mümkün olmayacaq. Putin də geri addım atmaz. Çünki vətəndaşlar ondan soruşacaq ki, müharibə və itkilər nəyə lazım idi? Düzdür, Ukrayna ordusu böyük şücaət göstərib Kiyevi qorudu. Mənə elə gəlir ki, bu hələ azdır. Əks-hücumla Mariupolu geri almaq lazımdır. Bunun üçün hücum silahları lazımdır. Qərb ölkələri vəd verirlər, ancaq Ukrayna ordusuna hücum silahları çox az verilib. Belə şəraitdə danışıqlar nəticə verməyəcək və xeyli müddət uzanacaq”.

Səxavət Məmməd

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv