!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə veteranlarının işi üzrə xüsusi DÖVLƏT KOMİTƏSİ: “Qazilərin problemlərinin həlli üçün...” – RƏY

!Reklam – Yazi

“Belə bir qurumun yaradılması müharibə veteranlarının problemlərinin tezliklə aradan qaldırılmasına kömək edər”.

Bu fikirləri son günlər qazilər arasında intihara cəhd hallarının qarşısını almaq üçün müharibə veteranlarının işi üzrə xüsusi Dövlət Komitəsi yaradılmasına dair irəli sürülən təklifləri dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, bu addım qeyd olunan problemin həlli üçün kifayət qədər optimaldır:

“Mən də bu fikirdəyəm ki, müharibə veteranlarının üzləşdikləri problemin həlli üçün xüsusi dövlət qurumunun yaradılmasına ehtiyac var. Məncə, bu addım özünü kifayət qədər doğrulda bilər.

Çünki yaradılacaq veteranlarlarla bağlı qurumun əsas işi onların problemlərinin həlli ilə məşğulluq olacaq. Yəni başqa məsələlərə diqqət yetirmək məcburiyyətində qalmayacaq.

O ki qaldı qazilərin qarşılaşdıqları problemlər üzündən intihara əl atmalarına, buna ən doğru cavabı aidiyyatı dövlət qurumları verə bilər”.

A.Zeynalov

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv