!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müharibədə 5 min insan ölüb, deyirlər gerb günahkardır” – Erməni deputat

!Reklam – Yazi

“Paşinyan hesab edir ki, ölkəmizin yeganə problemi gerb, himn, bayraqdır”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Nazirlər Şurasının brifinqində “Şərəfim var” fraksiyasının lideri Ayk Mamicanyan deyib.

O, Paşinyanı təcrübəsiz, savadsız, bacarıqsız adlandırıb.

“Bu adam hesab edir ki, ölkəmizin yeganə problemi gerb, himn, bayraqdır. Nəinki təcrübəsizdir. Nəinki savadı, nəinki ayıqlığı, hətta səhvlərini qəbul etmək bacarığı da yoxdur. Deyirlər, beş min adam ölüb, gerb günahkardır”, – Mamicanyan qeyd edib.

Daha sonra o, Paşinyanın dəyişdirilməsinin vacibliyini vurğulayıb.

“Paşinyanın vəzifədən kənarlaşdırılmasının alternativi yoxdur . Ermənistanın Konstitusiyasına dəyişiklik proqramı hakimiyyət orqanları tərəfindən qurulmuş saxta gündəmdir.
Düşünmürəm ki, onlar özləri bu prosesi başa çatdırsınlar. Biz onların Konstitusiya ilə bağlı tezislərinin qəti əleyhinəyik”, – Mamicanyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv