!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müharibədə mütləq üstünlüyün təmin edilməsi sadəcə, müasir silahlardan asılı deyil” - ŞƏRH

!Reklam – Yazi

“Ukraynada ümumi səfərbərlik elan edilsə də, silahlı qüvvələrdə hələ ki canlı qüvvə çatışmazlığı hiss olunur”.

Bu fikirləri ABŞ-nin Ukraynaya HIMARS Reaktiv Yaylım Atəşi Sistemi (RYAS) verməsindən sonra Ukrayna-Rusiya cəbhəsində müşahidə olunan dəyişiklikləri şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Polkovnikin fikrincə, müasir hərb sənətində müasir silah-sursatın əhəmiyyəti çox böyük olsa da, həlledici deyil:

“Əlbəttə, istənilən ordunun arsenalındakı silah-sursat və texnika nə qədər müasir olsa, onun fəaliyyətindəki effektivlik də yüksək olar. O baxımdan, Ukraynanın ABŞ istehsalı olan və hədəfləri yüksək dəqiqliklə məhv edən raket sistemləri əldə etməsi onlar üçün müsbət haldır.

Lakin bununla belə, onu da nəzərə almaq lazımdır ki, müharibədə mütləq üstünlüyün təmin edilməsi sadəcə, müasir silahlardan asılı deyil. Çünki NATO silahlarından mükəmməl istifadə etmək üçün ukraynalı hərbçilərə keçilən qısamüddətli təlim heç də yetərli deyil. O silahlardan istifadə üçün peşəkar vərdişə yiyələnmək daha uzun zaman tələb edir. Bunu müharibənin gedişində də görmək olur.

Ümumiyyətlə, Ukraynada ümumi səfərbərlik elan edilsə də, silahlı qüvvələrdə hələ ki canlı qüvvə çatışmazlığı hiss olunur. Artıq müharibənin beşinci ayı tamam olmaq üzrədir və Ukrayna Silahlı Qüvvələrində döyüş qabiliyyəti yüksək olan bölmələrin, o cümlədən hərbçilərin böyük hissəsi sıradan çıxıb.

Yeni çağırışçılar isə lazımi səviyyədə təlim keçmədən döyüşə göndərilirlər. Bu vəziyyət bizə Birinci Qarabağ müharibəsini xatırladır. O zaman bizdə də çağırışçılar yetərli təlim görmədən, tam hazır vəziyyətə gətirilmədən ön xətdə çıxarılırdılar.

İndi Rusiya ilə Ukrayna arasında baş verənləri müharibə adlandırmaq da çətindir. Çünki tərəflərdən heç biri digərinə müharibə elan etməyib. Ancaq savaş gedir və bunun əsas zərbəsi də Ukraynaya dəyir. Hesab edirəm ki, böyük dövlətlər bu sonu görünməyən qırğını dayandırmaq üçün nəhayət, bir masa ətrafında əyləşməlidirlər”.

A.Zeynalov

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv