!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müharibədə sınaqdan keçirilmiş PUA-ların istehsalının dayandırılması biabırçı bir haldır" - Hərbi ekspert

!Reklam – Yazi

“Azərbaycanın tank, təyyarə istehsal etmək üçün zavodlar açması çətin məsələdir, ancaq PUA-ların istehsalı ilə bağlı ciddi işlər görmək olar. Bu həm ucuz başa gəlir, həm də buna ehtiyac var”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasındakı PUA qalmaqalına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, müharibədə də sınaqdan keçirilmiş PUA-ların istehsalının dayandırılması biabırçı bir haldır:

“Adətən bir qurumda istehsal varsa, bu işlərin həyata keçməsini kimlərəsə tapşırırlar. Elton Məmmədovu da AMEA Yüksək Texnologiyalar Parkına buna görə təyin etmişdilər. Məsələ ondadır ki, Elton Məmmədov o vəzifəyə gətiriləndən sonra orada vəziyyət qarışıb. Məlum olmayan səbəblərdən bu layihə bağlanıb. Ora müəyyən qədər dövlət vəsaiti xərclənib. Əsas olan odur ki, belə bir yaxşı başlanğıc, bir-biriləri ilə təmasın qurulmaması, təşkilatçılığın bacarılmaması üzündən bağlanıb. Bu onu göstərib ki, Ramiz Mehdiyev bu məsələyə administrativ yanaşıb. Əgər ora elmi, yaradıcı yanaşma olsa idi, daha yaxşı nəticələr əldə etmək olardı”.

Hərbi ekspertin sözlərinə görə, İsraillə əməkdaşlıqdan sonra Azərbaycanın özü PUA istehsal edib və bu proses davam edir:

“Məsələ ondadır ki, PUA istehsalı bir qurumun tərkibində olmamalıdır. Orada elmi yanaşma, savadlı gənclərin potensialından istifadə edilməsi çox yaxşı hal olardı. PUA-ların yalnız Müdafiə Sənayesi Nazirliyində istehsal olunması mütləq deyil. AMEA-da olması düzgün idi. Ola bilsin orada daha fərqli nəticələr əldə etmək olardı. Hər halda bu başlanğıc mərhələ idi. Məlum olur ki, Hadrud istiqamətindəki döyüşlərdə AMEA-da istehsal olunan PUA-lar sınaqdan da keçirilib. Bizdə hər zaman belə olub. Kənardan alınmağa meyilliyik. Daxildə olan potensialdan istifadə edə bilmirik. Bu halın olması heç xoşagələn hal deyil. Acınacaqlı bir durumdur. Buna aydınlıq gətirilməlidir, kimlərin bu işdə günahı varsa, cəzalandırılmaldır”.

Səxavət Məmməd

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv