!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibədən 15 il sonra Gürcüstan Rusiyanı İTTİHAM ETDİ

!Reklam – Yazi

2008-ci ilin avqust müharibəsindən 15 il sonra Gürcüstan Rusiyanı atəşkəs razılaşmasına əməl etməməkdə ittiham edib.

Yenicag.az “Novosti-Georgia” istinadla xəbər verir ki, 2008-ci ilin avqust müharibəsindən 15 il sonra Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı atəşkəs razılaşmasına əməl etməməkdə ittiham edib və qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırıb.

“İşğalçı qüvvələr bu günə kimi insan hüquqlarının müdafiəsi üçün beynəlxalq təşkilatların sərbəst çıxışına və yerlərdə beynəlxalq təhlükəsizlik mexanizmlərinin yerləşdirilməsinə mane olur”, – deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, Rusiya tərəfi “işğal olunmuş rayonlara nəzarətini gücləndirir, süni maneələrin tikintisi və əhalinin gediş-gəlişini məhdudlaşdırmaqla nəzarət zonasını genişləndirir. Eyni zamanda, işğal olunmuş ərazilərlə vahid sosial-iqtisadi məkanın yaradılması prosesi gedir”.

Xarici İşlər Nazirliyi qeyd edir ki, eyni zamanda, Gürcüstan “Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini davam etdirir və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində diplomatik və hüquqi alətlər vasitəsilə ölkənin işğaldan azad edilməsini təmin etməyə çalışır.

Məsimə

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv