!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müharibədən qaçmağın əsas yolu bu müharibədə istisnasız qalib gəlməkdir" - Voskanyan

!Reklam – Yazi

“Müharibədən qaçmağın əsas yolu bu müharibədə istisnasız olaraq bütün səviyyələrdə qalib gəlməyə hazır olmaqdır”.

Yenicag.az xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan facebook səhifəsində yazıb.

“Erməni ictimai fikrinin ən kobud və təhlükəli səhvi ərazi güzəştlərini, sənədi, danışıqları, “beynəlxalq ictimaiyyətin” reaksiyasını və digər bu kimi səhvləri guya düşmənlə müharibənin qarşısını almaq üçün vasitə hesab etməsidir”, – o bildirib.

Onun fikrincə, müharibədən qaçmağın əsas yolu bu müharibədə istisnasız olaraq bütün səviyyələrdə qalib gəlmək istəyidir.

“Əgər bu gün düşmən qısamüddətli müharibə yolu ilə Ermənistanı və ya ölkəmizin hər hansı böyük bir hissəsini özünə minimal itki verərək fəth edəcəyinə əmindirsə, o zaman belə bir müharibəyə start verəcək. Buna şübhə etmək sadəlövhlükdür.

Ona görə də bir çıxış yolu var. Ermənistanda mümkün qədər tez və səmərəli şəkildə qala dövlətini qurmaq lazımdır”, – Voskanyan yazıb.

Xuraman Etibarlı

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv