!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin 1-ci HƏFTƏSİ: “Qərb də, Rusiya da bizim bu qədər duruş gətirəcəyimizə inanmırdı” - Müdafiə naziri

!Reklam – Yazi

“Rüsvayçı məğlubiyyətə uğrayan Rusiya işğalçıları insanlıq əleyhinə cinayətlər törətməkdədirlər”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov Rusiyanın ölkəyə hərbi təcavüzünün 1-ci həftəsinin tamamlanması ilə bağlı xalqa müraciətində deyib.

Müraciətdə müdafiə naziri Ukraynanın bu müharibədən qalib çıxacağına əminliyini bildirib:

“Əziz ukraynalılar!

Əvvəllər həftədə neçə saat olduğunu düşünmürdüm.

168 saat imiş.

168 saat. Ukrayna artıq tam bir həftədir ki, Rusiya işğalçılarına qarşı savaşır.

Heç kim. Bilin ki, heç kim – nə Qərb, nə də Rusiya bizim bu qədər duruş gətirəcəyimizə inanmırdı.

Biz buna inananlarla birlikdəyik. Ukraynalıların üçdə ikisi fevralın 24-nə qədər əmin idi ki, biz Rusiyanın təcavüzünə qarşı duruş gətirəcəyik.

Onların nisbəti bu gün artıq 90 faizdir.

Bu, bizim qəhrəman hərbçi kişilərimizin və xanımlarımızın qəhrəmanlığının nəticəsidir. Bu, bizim komandanlığın peşəkar fəaliyyətinin nəticəsidir. Bu, bizim hər birimizin fədakarlığıdır.

Bizim həkimlər, xilasedicilər, kommunal xidmət personalı, dəmiryolçular, jurnalistlər, maliyyəçilər öz cəbhələrində əzmlə çalışırlar. Ölkəmiz dayanmadan mübarizə aparır.

Ön cəbhədə yerləşən və Avropanın forpostuna çevrilən Çerniqov, Sumı, Xarkov, Mariupol, Xerson, Nikolayev kimi şəhərlərin inzibati-hərbi strukturlarının rəhbərlərini xüsusi qeyd etmək istərdim.

Ordumuz artıq minlərlə işğalçını və onun kiçik ölkələrin ordularına yetəcək qədər hərbi texnikasını məhv edib.

Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksəlir, dəstək gəlir. Ərazi müdafiəçiləri özlərini ən yaxşı tərəfdən göstərməkdədirlər.
Havadakı şahinlərimiz əfsanəyə çevriliblər. Desantçılar, piyadalar, artilleriyaçılar – Ukrayna əsgərinin ən yaxşı olduğunu isbatlayırlar.

Dünən ölkə vətəndaşlarını total müqavimətə səslədim. Düşmənin kommunikasiya vasitələri məhv edilməlidir. Bu, düşmənin bütün dünyaya yaymağa çalışdığı metastazdır.

Rüsvayçı məğlubiyyətə uğrayan Rusiya işğalçıları insanlıq əleyhinə cinayətlər törətməkdədirlər. Onlar xəstəxanaları bombalayaraq, uşaqları və qadınları öldürürlər. Bu, artıq ordu yox, qorxaqlar və terrorçular yığınıdır.

Qarşıda hələ çətinliklərimiz olacaq. Qan, göz yaşı, ağrı-acı…

Ancaq indi bizim də, ətrafımızdakıların da əvvəlkindən daha inamlı olmağımız üçün əsaslarımız var.

Biz mütləq qalib gələcəyik.

Yaşasın Ukrayna!”

A.Zeynalov

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv