!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin bir günü Rusiyaya neçəyə başa gəlir? – “Bunu müəyyənləşdirmək üçün...” - ŞƏRH

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hərbi təcavüz kampaniyasının gündəlik maddi məsrəfi maraq doğurur.

Bu barədə Yenicag.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, istənilən hərbi kampaniyanın gündəlik xərclərini dəqiqləşdirmək üçün bir sıra komponentlər üzrə səhih informasiyanın əldə edilməsinə ehtiyac var.

“Rusiyanın Ukraynada başladığı hərbi kampaniyanın bir gününün maddi xərcləri barəsində konkret fikir bildirmək çətindir.

Bu da onunla bağlıdır ki, Rusiya komandanlığından fərqli olaraq, biz bu kampaniyaya nə qədər canlı qüvvə və texnikanın cəlb edildiyini, hansı silahlardan nə həcmdə istifadə olunduğunu, təminat məsələlərinin necə nizamlandığını bilmirik.

Bunları bilmədən, hesablama aparmaq, kampaniyanın günlük xərcini təqribi də olsa, müəyyənləşdirmək mümkün deyil. Məsələn, qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsində Azərbaycanın bir günlük xərclərinin nə qədər olduğu məlumdur. Müharibə zamanı gündəlik xərclərimiz təqribən … (konkret rəqəm səsləndirir – red.) manat təşkil edib.

Yəqin ki, bir müddətdən sonra Rusiyanın da bu müharibədə hər gün nə qədər vəsait sərf etdiyi məlum olacaq”.

A.Zeynalov

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv