!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müharibənin gedişi Kreml sahibinin özünün kreslosunu silkələyib" - ŞƏRH

!Reklam – Yazi

“Moskvanın təcavüzkar davranışı Ukraynanın Aİ və NATO-ya qoşulması prosesini daha da sürətləndirdi”.

Bu fikirləri Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda baş verən prosesləri şərh edən beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Teymur Qasımlı bildirib ki, müharibənin gedişi Rusiya Prezidenti Vladimir Putinin əleyhinə işləyib:

“Müharibənin birinci günü Ukrayna cəmiyyəti şokda idi. Lakin şok effekti keçdikdən sonra əsl savaşa başladılar. Digər ölkələr də həm silah, həm maliyyə, həm də humanitar yardım göstərirlər. Müharibəni Rusiya başlayıb və Ukrayna başlamış danışıqlar masasına daha da güclü oturmalıdır. Ukraynanın tələbləri bəllidir. Rusiya bunları qəbul etməsə, daha da batacaq. Ukrayna qarşı tərəfin heç bir tələbini yerinə yetirməməlidir. Ukrayna özü şərtlərini diktə etməlidir. Putin, demək olar, özünü biabır edib. Putinə verilən kəşfiyyat məlumatlarında böyük yanlışlıqlar da olub.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar vətəndaşlarla yanaşı, iş adamlarını, Putinin yaxın çevrəsini əhatə edir ki, onlar da artıq müharibə əleyhinə çıxış etməyə başlayıblar.

Ukrayna daxilində idarəçilik davamlı və düzgün qurulsa, Qərbin də dəstəyi ilə savaşın gedişində həlledici dönüş nöqtəsini yaxalamaq olar. Rusiya istəyirdi ki. Ukrayna Avropa Birliyinə, NATO-ya üzv olmasın. Ancaq Moskvanın təcavüzkar davranışı Ukraynanın sözügedən təşkilatlara qoşulması prosesini daha da sürətləndirdi.

Putinin Zelenskini devirmək planı da var idi, lakin müharibənin gedişi Kreml sahibinin özünün kreslosunu silkələyib”.

Aqil Bəkir

www.yenicag.az

1041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv