!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin gətirdiyi TAXIL PROBLEMİ: "Rusiya hansısa bəhanə tapıb bu müqavilədən çıxmaq istəyəcək"

!Reklam – Yazi

“Xerson və ətraf bölgələr işğaldan azad edilsə, müharibədə Ukraynanın qalib gələcəyinə şübhə ilə yanaşan Almaniya başda olmaqla, bəzi ölkələrin münasibəti dəyişəcək”.

Bu sözləri Ukrayna-Rusiya müharibəsinin gedişatını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Yusif Bağırzadə bildirib ki, Ukrayna tərəfi verilən dəstəklərin qarşılığında hərbi uğurlar qazanır:

“Ramşteyndə NATO və tərəfdaşlarının görüşü oldu. Görüşdə ortaya konkret mövqe qoyuldu ki, Ukraynaya davamlı olaraq ağır silahlar verilməlidir. Çünki hədəf Xerson və ətrafının işğaldan azad olunmasıdır. Həm Böyük Britaniya Xarici Kəşfiyyat İdarəsi və ABŞ-nin xüsusi xidmət orqanları belə iddia edirlər ki, əgər Xerson məsələsi həll olunsa, Rusiya daxilində ciddi kataklizmlər meydana çıxa bilər. Onlar hesab edir ki, əgər Xersonun işğaldan azad edilməsi Rusiya daxilində müxalif qrupların aktivləşməsinə gətirib çıxaracaq. Digər tərəfdən isə Xerson və ətraf bölgələr işğaldan azad edilsə, müharibədə Ukraynanın qalib gələcəyinə şübhə ilə yanaşan Almaniya başda olmaqla, bəzi ölkələrin münasibəti dəyişəcək. Onlar da yardımlarını artıracaqlar. Almaniyada bir neçə qüvvə var. Onların bəziləri Ukrayna, bəziləri isə Rusiyapərəstdir.

Ukrayna ordusu son zamanlar uğurlar əldə edir. Bu o deməkdir ki, Ukrayna ordusu işğalda olan torpaqları azad etmək iqtidarındadır. Son günlər Ukrayna ordusunun uğurları onu dəstəkləyənləri də motivasiya edəcək və Ukrayna istədiyinə nail olur.

Burada bir neçə açıq məsələ qalır. Bunlardan biri də taxıl müqaviləsi idi. Bu saziş Ukrayna, Rusiya və BMT arasında bağlanmışdı. Müqaviləyə əsasən, bəzi portlardan Rusiya məhsulları da daşınacaqdı. Rusiya bəyanat verdi ki, müqavilənin bu şərti icra olunmur. Ola bilsin ki, müqavilədən imtina etdik. Zelenski bəyanat vermişdi ki, taxıl və yağlardan Ukrayna dövləti 10 milyard dollar gəlir əldə edəcək. Təbii ki, bu, Rusiyanı narahat edir. Ona görə də Rusiya hansısa bəhanə tapıb bu müqavilədən çıxmaq istəyəcək”.

Səxavət Məmməd

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv