!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin iqtisadi təsirləri: "Enerji böhranı yaşanma riski var" - ŞƏRH

!Reklam – Yazi

“Rusiya bu qədər sanksiyalar qarşısında rezervləriylə 5-10 il özünü rahat idarə edə bilər”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsirlərini dəyərləndirən politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, sözügedən konflikt Rusiyanın iqtisadiyyatının zəiflədilməsinə yönəlib və bunun təsiri özünü göstərir:

“Müharibənin başlamasından xeyli müddət keçib və bir çox dövlətlər Rusiyaya güclü sanksiyalar tətbiq etdi. Ancaq bunlara baxmayaraq, Rusiya geri addım atmadı. Rusiya sanksiyalar sahəsində təcrübəli bir dövlətdir. 2014-cü ildə Krımı işğal etdikdə indiki kimi olmasa da, bir xeyli sanksiyalara məruz qaldı. Rusiya tərəfi bilirdi ki, bu sanksiyalar yenə tətbiq olunacaq. Rusiya 8 illik zaman kəsiyində boşluqları doldurdu, ağır sanksiyalara qarşı adekvat cavabların verilməsi yollarını axtardı. Müharibəyə qədər ölkəyə xeyli dollar gətirildi. Hazırda Rusiya Mərkəzi Bankının rezervləri 700 milyard dollara yaxındır. Bir xeyli miqdarda qızıl və xarici pullar var. Qərb sanksiya tətbiq etsə də, Çin, Pakistan, Türkiyə, İran, Mərkəzi Asiya dövlətləri, Qafqaz ölkələri, Latın Amerika ölkələri, Ərəb ölkələri, Orta Şərq ölkələri ilə münasibətlər nizamlıdır. Əslində, bu vəziyyət həm Qərb, həm də Rusiya üçün neqativdir. Qərbdə də enerji böhranı yaşanma riski var. Bu işdə faydalı çıxan Amerikadır. Qərbdə qısa müddət ərzində qazın qiyməti bir xeyli qalxdı. Rusiya bu qədər sanksiyalar qarşısında rezervləriylə 5-10 il özünü rahat idarə edə bilər. Ancaq sonra şərqdə də problem yaşasa, vəziyyət lap çətin olacaq.

Reallıq budur ki, NATO Rusiyanın dağılmasını deyil, super güc aktorluğundan düşməsini istəyir. Bu baxımdan, NATO genişlənmə siyasətinə davam edir. Ümumilikdə, Rusiya, ABŞ, Çin, Fransa, Almaniya, İtaliya, Britaniya kimi böyük dövlətlərin birlikdə gördükləri layihələr var. “Süni günəş”dən tutmuş, kosmosun kəşfi, süni enerji və sairə kimi milyardlar dəyərində layihələr var. Bu baxımdan, NATO zəncirin tamamilə qırılmasını istəmir”.

Gülşən Şərif

www.yenicag.az

1351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv