!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin yeganə MÜSBƏT TƏRƏFİ: Ölkədə cinayətkarlığın kökü kəsilib – REALLIQ

!Reklam – Yazi

Ukraynada kriminal elementlərin Rusiyanın hərbi təcavüzünə qarşı silaha sarılması ölkədə cinayətkarlığın səviyyəsini minimuma endirib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraçenko xeyriyyə telemarafonundakı çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, ölkədə mövcud olan kriminal elementlər işğalçılara qarşı döyüşmək üçün ərazi müdafiəsinə qatılıblar.

Müşavir bildirib ki, Rusiya tərəfi Ukrayna həbsxanalarında qiyam qaldırılmasına cəhd göstərsə də, bu məqsədinə nail ola bilməyib:

“Ölkənin penitensiar sistemində saxlanılan ukraynalılar qiyam qaldırmağı yox, birləşməyi seçdilər. Hətta bizim həbsxanalardakı nümayəndələrimiz də informasiya müstəvisində Rusiya ilə savaşmaqdadırlar.

Bizdəki məhkumlar Rusiyadakı “həmkar”larına zəng vuraraq, Ukraynada müharibə getdiyini bildirir, onları bu savaşın dayandırılmalı olduğuna inandırırlar”.

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv