!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mühərriki yanan AVTOMOBİLLƏR: Nə etmək lazımdır? - AÇIQLAMA

!Reklam – Yazi

“Cari təmir vətəndaşların diqqətindən yayınmamalıdır. Xüsusən yay ayları texniki qulluğun ən gündəmə gəldiyi mövsümdür. ”.

Bu sözləri yay fəsliylə əlaqədar olaraq avtomobil mühərriklərinin yanma ehtimalını şərh edən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, müxtəlif avadanlıqların istifadəsinə diqqət yetirilməlidir:

“Məsələn, soyuducu mayelər yenilənməlidir. Bir neçə gün öncə yanan avtomobilə elektrik problemi səbəb olmuşdu. Texniki qulluq çox önəmlidir. Baxımsız qalan avtobuslarda belə hallar daha çox baş verir. Hansı ki, həftələrlə sürülmür, diqqət ayrılmır.

Və həmin maşınlar günlərlə açıq havada qalmağa başlayır. Havada qalan maşınlarda belə problemlərin yaşanması ehtimalı daha çoxdur. Yəni avtomobilləri vaxtı-vaxtında yoxlatdırılması təhlükəsizlik baxımından çox önəmlidir”.

Şahanə Paşa

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv