!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Multikulturalizm Mərkəzi onlayn beynəlxalq konfrans keçirdi - FOTO

!Reklam – Yazi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə onlayn formatda beynəlxalq konfrans təşkil edilib. Konfransda    Rumıniya, Braziliya, Gürcüstan, Almanya, Türkiyə, Əfqanıstan,Rusiya, ABŞ, Hindistan, Bolqarıstan, Azərbaycan və Özbəkistandan 70-dən çox tədqiqatçı və mütəxəssislər Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəblərinin iştirakçıları, həmçinin Multikulturalizm fənninin tədris olunduğu xarici universitetlərin tələbələri iştirak ediblər.

Yenicag.az xəbər verir ki, onlayn tədbirdə Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfüqar “Qayıtmaq hüququ: humanitar hüquqi aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Ülviyyə Zülfüqar əvvəlcə beynəlxalq müstəvidə qayıdış hüququndan, bu hüququn şamil olunduğu əhali qruplarından bəhs edib. O, Qərbi Azərbaycan və son 200 ildə burada soydaşlarımızın başına gələn hadisələr barədə ətraflı danışıb. Ötən əsrdə Ermənistan tərəfindən Qərbi azərbaycanlıların dörd dəfə deportasiyalara məruz qalması və bu zaman yaşanan kütləvi qırğınlar barədə məlumat verib.

Ülviyyə Zülfüqar diqqətə çatdırıb ki, Qərbi azərbaycanlılar beynəlxalq hüquqda qeyd edilən qayıdış hüququna əsasən öz evlərinə geri dönmək hüququna malikdirlər və bununla bağlı bütün aspektləri özündə əks etdirən Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb. O, icmanın beynəlxalq aləmdə soydaşlarımızın qanuni təmsilçisi kimi qəbul olunduğunu, beynəlxalq təşkilatlarla qarşılıqlı olaraq təmasların davam etdiyini bildirib. Qərbi azərbaycanlıların təhlükəsiz və layəqətli şəkildə öz evlərinə geri qayıtmalarının onların təməl hüquqları olduğunu vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv