!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mümkün dedollarizasiya: "Təkqütblü dünya nizamının mövcudluğu bütün ölkələrin milli iqtisadiyyatına..."

!Reklam – Yazi

“Beynəlxalq Valyuta Fomdu, Dünya Bankı kimi qurumlar artıq faktiki olaraq dayanıqlı şəkildə fəaliyyət göstərə bilmirlər”.

Bu fikirləri yaxın keçmişdə keçirilən Sankt-Peterburq İqtisadi Forumuna “Friends for Leadership” platforması çərçivəsində dəvət alan iqtisadçı ekspert Aslan Əzimzadə Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, təkqütblü dünya nizamının mövcudluğu bütün ölkələrin milli iqtisadiyyatına ciddi zərər vurur:

“Hər il keçirilən və dünyanın önəmli forumlardan biri sayılan Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində müxtəlif seksiyalar təşkil edilmişdir. Burada diqqətçəkici məqam innovasiyalarla bağlı seksiyalardan ibarət idi.Bu bir daha hər bir ölkənin dayanıqlı inkişafında innovasiyaların mühüm rola malik olduğunu göstərdi. İkinci maraqlı məsələ dedollarizasiya prosesiylə bağlıdır. Lakin bu prosesdə müəyyən suallar ortaya çıxdı. Çünki bu seksiyalarda yalnız dedollarizasiya prosesinin siyasi məqamları qeydə alındı. İqtisadi və texniki nüanslara faktiki olaraq qeydə alınmadı. Bu proses ölkələrin tamamilə dollardan imtina edərək milli valyutalarla ticarət aparması hələ dedollarizasiya demək deyil. Yəni yeni iqtisadi təşkilatlar formalaşmalıdır. Hesab edirəm ki, “Bretton Vuds”da əsası qoyulan Beynəlxalq Valyuta Fomdu, Dünya Bankı kimi qurumlar artıq faktiki olaraq dayanıqlı şəkildə fəaliyyət göstərə bilmir. Adıçəkilən valyuta konfransından çıxmaq üçün bu qurumların ləğv edilməsi, əvəzində isə yeni iqtisadi qurumların təşkili lazımdır. Bu səbəbdən də burada aparılan dedollarizasiya məsələləri yalnız siyasi konteksdən çıxış edirdi. Digər tərəfdən, Vladimir Putinin çıxışında da yeni valyuta məsələləri kimi məqamlara toxunmadığının şahidi olduq. Əsasən, daxili iqtisadiyyata yönələn məsələlərdən danışılırdı.

Bütövlükdə bu forumda fərqli bir məqam ondan ibarətdir ki, əvvəlki forumlarda məqsəd dünyanı keçmiş iqtisadi sistemə qaytarmaq üçün cəhdlərin şahidi olurduqsa, budəfəki forumda aydın oldu ki, keçmiş formata qayıdış qeyri-mümkündür. Yeni iqtisadi formatlar tələb edilir. Bu da yeni Maliyyə Valyuta Konfransının çağırılmasıyla mövcud ola bilər. Düşünürəm ki, bu çərçivədə müəyyən addımlar atılmalıdır. Çünki artıq təkqütblü dünya nizamının mövcudluğu bütün ölkələrin milli iqtisadiyyatına ciddi zərər vurur. Bu da o deməkdir ki, çoxqütblü dünyanın formalaşmasına ehtiyac duyulur. Bu baxımdan, Sankt-Peterburq İqtisadi Forumu daha fərqli formatda təşkil edilmişdir və mövzular da tamamilə yeni çoxqütblü iqtisadi dünyanın yaranmasına ithaf edilmişdir”.

Yusif Səmədzadə

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv