Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Mümkün qarşıdurmanın nəticəsi Ermənistanın xəritədən silinməsidir" - Hərbi ekspertdən Paşinyanın qalibiyyətinə REAKSİYA

Reklam: High Technic

“Əgər ermənilərdə Paşinyana böyük nifrət olsaydı, o, hakimiyyətdə qala bilməzdi”.

Bu sözləri Yenicag.az-da Ermənistanda keçirilən növbədənkənar parlement seçkiləri, onun nəticəsi və revanşistlərin orduya təsir gücünü şərh edən hərbi ekspert Tərlan Eyvazov səsləndirib.

Tərlan Eyvazov bildirib ki, üç tərəfli bəyənat imzalanandan sonra Paşinyanın keçirdiyi mitinqlərdə xalq arasında böyük dəstəyə malik olduğu özünü göstərmişdi:

“Seçkilərdən əvvəl aparılan sorğularda xalq nümayəndələri ola bilsin, qorxudan, üzdə Paşinyana deyil, Rusiya yönümlü Köçəryana səs verəcəyik deyirdi. Faktiki olaraq isə Paşinyana səs veriblər. Ermənilər inkişaf yolunu, sülh yolunu seçiblər. Xalqın ümumi istəyi budur ki, bu vaxta qədər olan müharibə bitsin. Erməni xalqı təkcə Köçəryanı korrupsioner olduğu, əhalinin həyat səviyyəsini aşağı saldığı üçün yox, qanlarını tökdüyü üçün istəmirlər”.

Ermənistan ordusunun vəziyyəti və generalların ata biləcəkləri addımlara gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Generalların Köçəryanı müdafiə edəcəyini düşünmürəm. Nə qədər Paşinyanı təcrübəsiz saysaq da, ilk olaraq orduda təmizləmə apara bilmişdi. Rəhbərliyə daha özünə sadiq generalları gətirmişdi. Ordunun özü hərbi çevrilişə hazırlaşırdı. Qərbdən çox sərt reaksiya aldılar. Rusiya da faktiki olaraq səssiz qaldı. Qərb açıq şəkildə bildirdi ki, ordu hərbi çevriliş etsə, onları tanımayacaqlar. Avropanın, Qərbin bu cür bəyanatı onları yerində oturtmaya bilməzdi. Ermənistan iqtisadi cəhətdən çox zəifdir. Qərbdən gələn köməklə ayaqda dura bilir. Bu köməyin kəsilməsi intihar olardı.

Paşinyan əgər rəsmi olaraq yenidən seçilsə, nə qədər də məğlub tərəfin rəhbəri də olsa, ikinci dəfə qələbə çalırsa, bu o deməkdir ki, erməni xalqı bunu istəyir. Paşinyan Qərbin dəstəyi ilə qələbə çalacaq. Rusiya bu məsələdə onun üzərinə çox gedə bilməyəcək.

Gürcüstanla müqayisə edək. Saakaşvili ilə İvanaşvili arasında rəqabətdə səslərin sayında cüzi fərq var idi. O zaman Rusiya müdaxilə edə bildi. İndiki şəraitdə Rusiyanın müdaxiləsi imkansızdır.

Mənə elə gəlir ki, Rusiya israrcı olmayacaq. Rəsmi Moskva Paşinyandan istədiyini alıb. Paşinyan rusiyanın da maraqlarını təmin edib. Ermənistanda qarşıdurmaya heç kim getmək istəməz. Əgər qarşıdurma olarsa, bu vətəndaş müharibəsi demək olacaq. Nə Qərb, nə Rusiya bunu istəməz. Qarşıdurma Ermənistanın dövlət kimi xəritədən silinməsi ilə nəticələnə bilər”.

www.yenicag.az

272
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100