!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mümkün Rusiya-NATO qarşıdurması: "Hazırda baş verənlər nəbz yoxlamasıdır" - ŞƏRH

!Reklam – Yazi

“Hazırda NATO ilə Rusiya Ukraynada kriz dönəminə girməkdədir. Orada ya bir partlayışla müharibə başlayacaq, ya da tərəflərdən biri öz mövqeyindən çəkiləcək. Bunun hansının baş verəcəyini yaxın aylarda və ya günlərdə aydın şəkildə görəcəyik”.

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin NATO-nun şərqə doğru genişlənməsi, verilən sözlərin tutulmaması çıxışı fonunda mümkün Rusiya-NATO qarşıdurmasını şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya özünü keçmiş SSRİ respublikalarının varisi hesab edir:

“SSRİ dağılmamış Varşava Müqaviləsi Təşkilatı və NATO var idi. Bu iki qütb yaratmışdı. O zaman istər Varşava paktına daxil olan ölkələrin, istərsə də NATO üzvü olan dövlətlərin siyasətlərini proqnozlaşdırmaq olardı. SSRİ-nin dağılması və Varşava paktının çökməsi ilə birqütblük yarandı. NATO yerində qaldı, ancaq qarşı tərəf təşkilatlana bilmədi. Əslində, o boşluğu Rusiya tək öz adına doldurmaq istədi. Bu istəklə postsovet ölkələrini öz təsir dairəsinə alma siyasəti həyata keçirməyə başladı. Əslində, Putinin NATO-ya verdiyi mesajlar bu günün məsələsi deyil. SSRİ-nin NATO ilə qırmızı xətti bu idi ki, Varşava paktına qoşulmuş ölkələrdə NATO bazaları olmasın. Rusiya buna nail ola bilmədi. Varşava paktından çıxmış ölkələrdən bəziləri NATO-ya üzv oldu. SSRİ-dən qopmuş Latviya, Litva və Estoniya xaric digər ölkələrdə Rusiya qırmızı xəttini həyata keçirmək istəyir. Rusiya mesaj verir ki, keçmiş Sovet respublikalarını NATO-ya üzv etmək qırmızı xəttimdir və bu olarsa, müharibə anlamına gəlir. Bu ölkələrdə hər hansısa hərbi bazanın yerləşdirilməsi müharibəyə səbəb olacaq.

NATO ölkələri Rusiyanı özlərinə qarşı təhlükəni görürlər və bunu önləmək istəyirlər. Rusiyanın taktiki, ballistik, qitələrarası raketlərin təsirini minimuma endirmək üçün keçmiş Sovet ölkələrində bu raketlərə qarşı bir qurumlaşma həyata keçirmək istəyirlər. Hərbi bazalara hava hücumundan müdafiə vasitələri yerləşdirərək gələcəkdə mövcud olacaq təhlükəyə qarşı operativ qərar qəbul etmə mexanizmi ortaya qoymaq istəyirlər. Rusiyanın qərb sərhəddindən gözlədiyi təhlükə Belarus, Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycandır. Bu ölkələr Rusiya üçün qırmızı xəttdir. NATO qırmızı xətti keçmir, onları üzv etmir. Ancaq bunun əsasını hazırlayır. Müqavilələrlə, mütəxəssislər, məsləhətçilər cəlb etməklə, diplomatik korpusda şəxslərin sayını artırmaqla cəmiyyətlərin Avropaya intyeqrasiyası yönündə işlər görülür. NATO təxminən 10 ilə yaxındır bu siyasəti həyata keçirib. Hazırda NATO Ukrayna üzərindən cəhd edir ki, görsün, Rusiyanın qoyduğu qırmızı xətti keçə bilir, yoxsa yox. Hazırda baş verənlər nəbz yoxlamasıdır. NATO-da belə bir qayda var ki, başqa bir ölkə ilə konflikti olan ölkə təşkilata üzv ola bilməz. Keçmiş Sovet ölkələrindən hansısa biri NATO yönündə bir fikir səsləndirib, üzv olmaq istəyəndə Rusiya dərhal həmin ölkənin ərazisində konflikt salır. Rusiyanınana xətti odur ki, özünün olduğu yerdə NATO ola bilməz”.

Səxavət Məmməd

www.yenicag.az

967
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv