!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Münaqişə"dən çıxa bilməyən Ermənistan: İrəvanın "nal-mıx" siyasəti - ŞƏRH

!Reklam – Yazi

“İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra tərəflər arasında danışıqlardan söhbət gedə bilər”.

Bu fikirləri Ermənistanın savaşdakı məğlubiyyətini həzm etməyərək münaqişənin davam etdiyi məsələsində israrı haqqında danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, 10 noyabr tarixində imzalanmış bəyanatla münaqişə yekunlaşıb:

“Ermənistan həmin bəyanata imza ataraq təslim olub və münaqişəni bitirib. Aradan iki il müddət keçməsinə baxmayaraq, rəsmi İrəvan bəyanatın dördüncü bəndində yer alan müddəanı yerinə yetirməyib – qanunsuz hərbi birləşmələrini ərazidən çıxarmayıb. Bu, İrəvanın Azərbaycanın ərazi bütövlüyünə qarşı göstərdiyi hörmətsizliyin nümayişidir.

Azərbaycan hər zaman proseslərin danışıqlar yolu ilə həllinin tərəfdarı olub. İstər Brüssel, istərsə də Soçi görüşlərində Azərbaycan sülhməramlı mövqeyini ortaya qoyub. Ermənistan ərazimizdən qoşunlarını çıxarmalıdır. İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra tərəflər arasında danışıqlardan söhbət gedə bilər.

Mövcud situasiyanı nəzərə alaraq, Azərbaycan dövləti içərisində dövlət qurulmayacağını əminliklə deyə bilərəm. Azərbaycan buna icazə verməyəcək. Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikası vətəndaşlığını qəbul etsələr, hər bir vətəndaş kimi eyni hüquqlara malik olacağını dəfələrlə vurğulayıb. Bunun xaricində hansısa əraziyə statusun verilməsi, yaxud muxtariyyətin verilməsi qətiyyən mümkün deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv