Reklam

Reklam

Almaniyanın Münster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Yenicag.az xəbər verir ki, bunu APA-ya açıqlamasından Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə Münster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Qeyd edək ki, aprelin 7-də Almaniyanın Münster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1667
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."