!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müntəzəm təkrarlanan PAYIZ DEPRESSİYASI: “Özlərini həyat enerjisi tükənmiş kimi hiss etmələri...”

!Reklam – Yazi

“Havalar sərinləşdikcə gündəlik qəbul olunan suyun həcmini azaltmaq bir çox fəsadlara səbəb ola bilər”.

Bu fikirləri payız fəslində insan immunitetini gücləndirəcək vasitələr haqqında danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Yenicağ.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nnsanların xoşbəxtlik hormonunu təmin edən əsas vasitələrdən biri məhz yuxu rejimidir

“Havaların soyuması ilə əlaqədar maddələr mübadiləsində və hormonal balansdakı dəyişiklik insanların əhval-ruhiyyəsinə də təsirsiz ötüşmür. Bəzən insanlar özlərini depressiyaya düşmüş, həyat enerjisi tükənmiş kimi hiss edirlər. Bu zaman onların həyat və iş qabiliyyəti azalır. Ona görə də payız mövsümü gəldikdə insanlar öz həyat tərzlərinə və qidalanma rejiminə daha çox diqqət yetirməlidirlər.

Qidalanma və normal yuxu rejimi sağlamlıq üçün çox vacibdir. İnsanların xoşbəxtlik hormonunu təmin edən əsas vasitələrdən biri məhz yuxu rejimidir. Gündəlik normal yuxu rejimi 7-8 saat nəzərdə tutulur. Axşam saat 11-12 arası yatmaq tövsiyə olunur. Bununla yanaşı, yuxudan oyandıqdan ən tez 15 dəqiqə sonra yataqdan qalxmaq lazımdır.

Kortizol hormonu insan yuxudan oyandıqdan sonra aktivləşməyə başlayır və uzun müddət oyanıb yerindən qalxmamaq insan orqanizmində bir çox fəsadlara gətirib çıxarır. Bunun digər fəsadları insanın qan dövranının pozulması, gümrahlığın zəifləməsi və gün ərzində özünü enerjisiz, yuxulu hiss etməsidir.

Bundan başqa, qidalanmada səhər yeməyinə mütləq şəkildə diqqət etməliyik. Səhər yeməyində daha çox protein tərkibli qidalardan – yumurta, süd və süd məhsullarından istifadəyə üstünlük verilməlidir. Həmçinin qida qəbulunda mövsumi meyvə-tərəvəzlər geniş yer tutmalıdır.

Daha sonra C vitaminli meyvələrin qəbulu çox vacibdir. Havalar sərinləşdikcə gündəlik qəbul olunan suyun həcmini azaltmaq da bir çox fəsadlara səbəb ola bilər. İnsan orqanizminin 60 faizini su təşkil edir, orqanizmdə baş verən proseslərdə su həlledicicrol oynayır. Əgər suyu lazımı miqdarda qəbul etməsək, orqanizmdə degradasiya baş verir. Orqanizmin susuzlaşması prosesi daxili orqanaların funksiyasını pozur, erkən qocalmasını sürətləndirir.

Axşam yeməklərini yuxudan 3-4 saat əvvəl yeyib bitirmək lazımdır. Gec saatlarda yeyilən yemək düzgün həzm olunmur. Bu fəsildə faydalı qidalar sırasında omega 3 və omega 6 yağları ilə zəngin olan dəniz məhsullarını da rasiona daxil etməliyik. Gün ərzində yeyilən bir ovuc çərəz – qoz, badam, fıstıq orqanizmdə immun sistemini gücləndirir. Evdə təbii şəkildə hazırlaya biləcəyimiz nanə, limon, bal, az miqdarda zəncəfildən hazırlanmış içkilər də yorğunluğun aradan qaldırılmasına müsbət təsir göstərir”.

Nuray Məmmədzadə

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv