!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Murad Arifdən SƏRT SÖZLƏR: Bu həmkarlarını hədəfə aldı

!Reklam – Yazi

“Qıjı” obrazı adama qazanc gətirə bilər e, anlayıram… Amma adam qazanandan sonra daxmada qalmır, cındır geyinmirsə, məzmun niyə “cındırski” qalır?”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, bəstəkar Murad Arif sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

O, zahiri dəyişsə də, daxilində inkişaf getməyən həmkarlarını hədəfə alıb:

“Anlaya bilmirəm e… Geyimlər Paris, Milan, London. Çantalar, ayaqqabılar brend, makyaj arabski. Nə bilim e… Şəkil kimi adamlar. Oxuduqları yol kənarı kafelərin ayaqyolu “havasında”. Niyə inkişaf, estetika ancaq zahirdədir? Və yaxud niyə pul adamın şüuruna, dünyagörüşünə, zövqünə təsir etmir? “Qıjı” obrazı adama qazanc gətirə bilər e, anlayıram… Amma adam qazanandan sonra daxmada qalmır, cındır geyinmirsə, məzmun niyə “cındırski” qalır? Evindəki unitazı, vannanı, evinin özünü, maşınını təzələyirsən axı… Amma oxuduğun isə yenə də tarakanlı, siçanlı, bitli-balaxlı, deşik, cırıq… Niyə də?

Kişinin oğlu müsahibədə deyir pencəyə 5 min manat vermişəm, “aranjirovka”sı 350 manatlıq. Klipi isə Tacikistanda çəkilmiş fake-Hindistan… Bu nətər olur ki, pul yaşayışını, geyimini, yeməyini, sürdüyün maşını dəyişir, amma oxuduğunu dəyişmir?”

Nehru

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv