!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur verilişdə Azərbaycan gecəsi: Murad Dadaşov Yakuboviçə nələr hədiyyə etdi? - VİDEO

!Reklam – Yazi

Cümə günü Rusiyanın Birinci kanalında yayımlanan “Pole çudes” verilişinin növbəti buraxılışı Beynəlxalq çay gününə və Azərbaycana həsr olunub.

Yenicag.az bildirir ki,  studiya Azərbaycanın milli ornamentləri ilə bəzədilib, veriliş boyu ölkəmizin milli rəqs, musiqi və çay ənənələri təqdim olunub.

Verilişdə Azərbaycandan olan iştirakçılar, həmçinin şoumen Murad Dadaşov iştirak edib.

Tarzən Şəhriyar İmanovun çıxışı, əməkdar artist Həsənağa Sadıqovun nəlbəkilərdə ifası zalda əyləşənlərin böyük marağına səbəb olub. Verilişdə rusiyalı müğənnilərdən Valeriya, Taisiya Povali və Valeri Sutkin də çıxış edib.

Verilişin qalibi Murad Dadaşov olub. O, aparıcı Leonid Yakuboviçə Yeni il hədiyyəsi edib: üzərində “Qarabağ” futbol klubunun futbolçularının imzası olan forma, Azərbaycan meyvələrindən hazırlanmış müxtəlif mürəbbələr və bir banka neft…

 

www.yenicag.az

3261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv