!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aktrisadan “uzman”lara SƏRT TƏPKİ: “Belə güclü psixoloqsansa, öz həyatını...”

!Reklam – Yazi

“İndi efirdə yerdə uzananların, dedi-qodu edənlərin, səsi olmayanların zəmanəsidir”.

Bu fikirləri efirdə yayımlanan verilişlərin məzmunu haqda danışan aktrisa Vəfa Zülfüqar  Yenicag.az-a açıqlamasında deyib.

O, başqasının ailə məsələlərini müzakirə edən psixoloqlarla bağlı da tənqidi fikirlər səsləndirib:

“Həyat o qədər bayağılaşıb ki, kiminsə qızının boşanması, ikinci dəfə ərə getməsi, ümumiyyətlə, başqalarının şəxsi həyatı daha çox müzakirə olunur, elə verilişlər də daha çox izlənilir.

Ən maraqlısı budur ki, ailə qururlar, altı ay, bir il sonra boşanıb, gündəmə gəlmək üçün müğənni olmağa qərar verirlər. Boşanma səbəblərini açıqlamırlar, efirə çıxanda ilk sözləri bu olur, ki, yeni mahnım var. Sonra da başlayırlar həyat tarixçəsini danışmağa ki, depressiyada idim, başladım oxumağa. Ya da “depressiyadan çıxmağın yolunu musiqidə tapdım, müğənni oldum”, – deyirlər.

Efirlərimizdə nə qədər ki bu biabırçı vəziyyət davam edəcək, hələ çox gileylənəcəyik. Hansı kanala baxırsan, psixoloqlar danışır. Hər kəs psixoloq olub, camaatın ailəsini müzakirə edir. Adama deyərlər, belə güclü psixoloqsansa, elə özünə bir çarə qıl, öz həyatını düzənə sal.

Onlara şans verən elə özümüzük. Sənətkarlarımız da üzrlü saysın, sözümdən inciməsinlər, indi efirdə yerdə uzananların, dedi-qodu edənlərin, səsi olmayanların zəmanəsidir”.

Cəvahir

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv