!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Muraddan SƏRT İSMARIŞ: “200 manata toy aparanda nə ev yiyəsi hörmət edəcək, nə də...”

!Reklam – Yazi

“Sən 200 manata toy aparanda nə müğənni, nə də ev yiyəsi sizə hörmət edir”.

Yenicag.az xəbər verir ki, bunu tanınmış aparıcı Muraz Əzimov toy idarə edən həmkarlarına səslənərək deyib.

Aparıcı toy bazarında qiymətlərin ölməsində həm də həmkarlarını qınayıb:

“Toy aparmaq o deməkdir ki, öz sənətini şou olaraq göstərirsən. Sən öz sənətini toy yiyəsinə, toyda olanlara satırsan. Və 100, 200, 300, 500 manata deyil, müəyyən yaxşı bir rəqəm olmalıdır. Elə bir rəqəm ki, mikrafonu əlinə alıb, “axşamınız xeyir, xoş gördük” sözünə dəysin. Bu gün toy bazarı elədir ki, hamı qiymət öldürməklə məşğuldur. Xətirlərinə dəyməsin, elə bazarın qiymətini də həmkarlarımız öldürür. Məsələn, mən min manata getmədiyim toya həmkarım 500 manata gedir, onu da aparırlar. Müğənnilərdə də vəziyyət eynidir, buna yaxşı baxmıram.

Aygün Kazımovanın qiyməti 20 mindirsə, həmin pulu Aygünə deyil, hansısa özünü ona bənzədən təzə çıxan bir gənc müğənniyə verirlər. Təbii ki ondan Aygün Kazımova effektini ala bilməzlər.

Qiymətlərin öldüyünə və öldürüldüyünə görə heç vaxt tədbir aparmayacam. İnsanın gördüyü işinin haqqı verilməlidir. 12 saat orada olursan, içkilisi, aqressiv rəftar edəni, müğənninin kaprizi var. Başa düşürəm ehtiyac var, amma vallah o 100-ə, 200-ə, 300-ə apardığımız toylar bazarın qiymətini aşağı salır. 200-ə toy aparanda nə müğənni, nə də ev yiyəsi hörmət edir”.

Aparıcı bu səbəbdən toylara getməkdən imtina etdiyini bildirib.

O, bu sözləri efirdə söyləyib.

Cəvahir

www.yenicag.az

1001
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv