!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mürvət Həsənli İctimai Birliyə sədr seçildi

!Reklam – Yazi

Azərbaycanda tanınmış iş adamlarından biri olan Mürvət Həsənli “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri seçilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı qərar bu gün Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və “Quşçular Cəmiyyəti” İctimai Birliyi arasında keçirilən görüş zamanı qəbul olunub.

Tədbirdə “Quşçular Cəmiyyəti” İctimai Birliyinin adının dəyişdirilərək “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi adlandırılması barədə qərar qəbul olunub və müzakirələrdən sonra qurumun nizamnaməsinə dəyişikliklər təsdiq edilib. Səsvermə nəticəsində uzun illər quşçuluq təsərrüfatı sahəsində çalışan, kifayət qədər təcrübəli və bacarıqlı iş adamı kimi tanınan Mürvət Həsənli Assosiasiyanın sədri seçilib.

Adı dəyişdirilən və yenilənən Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb və birliyə yeni üzvlər seçilib. Həmçinin, qurumun fəaliyyətinin

təkmilləşdirilməsi ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınıb.

Xatırladaq ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və “Quşçular Cəmiyyəti” İctimai Birliyi arasında keçirilən görüşdə “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusu müzakirə edilib. Görüşdə sahibkarlar tərəfindən quşçuluğun inkişafına yardım edəcək çoxsaylı təkliflər verilib və həmin təkliflər nazirlik nümayəndələri tərəfindən qeydə alınıb.

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv