Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Musa Yaqub onsuz da çoxdan xalqın şairidir" - Millət vəkili etiraz etdi

Millət vəkili Azərbaycanın nüfuzlu şairi Musa Yaqubun müalicəsinə dövlət tərəfindən yardım göstərilməməsinə etirazını bildirib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Fazil Mustafa Azərbaycanın bir sıra dəyərli insanlarına, yəni, nomenklaturadan kənar olan yaradıcı insanlara dövlət dəstəyinin göstərilməməsindən danışıb.

Fazil Mustafanın sözlərinə görə, Azərbaycanın nomenklaturaya daxil olan sənət və incəsənət xadimlərinin çoxu yalnız öz şəxsi problemlərini dövlət başçısı qarşısında qaldırırlar:

“Bir müddət əvvəl Azərbaycanın incəsənət və ədəbiyyat xadimlərinin prezidentlə görüşü oldu. O görüşdə həmin iştirakçılardan biri yaxınlarının adına küçə verilməsi, biri yaxınlarına abidə qoyulması ilə bağlı təkliflərlə çıxış etdi. Ancaq onlardan heç biri kitab haqqında danışmadı. Kitaba qoyulmuş 18%-lik əlavə dəyər vergisinin götürülməsi haqqında fikir bildirmədilər. Kitaba olan əlavə dəyər vergisi Türkiyədə, Gürcüstanda, başqa ölkələrdə də götürülüb, ancaq çox təəssüf ki, Azərbaycanda bu məsələ dəfələrlə qaldırılsa da, hələ onunla bağlı heç bir tədbir görülməyib.

Eyni zamanda bu gün Azərbaycanın nomenklaturaya daxil edilməyən ədəbiyyat və incəsənət adamları dövlət dəstəyindən və yardımından kənarda qalırlar. Məsələn, Musa Yaqub ağır vəziyyətdədir, ancaq onun müalicəsi ilə heç bir qurum məşğul olmur. Demirəm ki, Musa Yaquba xalq şairi adı versinlər. O, onsuz da çoxdan xalqın şairidir. Eyni zamanda Ramiz Rövşən üçün demirəm ki, ona xalq şairi adı verilsin, o da xalqın şairidir. Ancaq xalqın taleyində müstəsna əhəmiyyət daşımayan insanların müalicəsi üçün dövlət dəstəyi ayrılırsa, bu cür dəyərli insanların müalicəsinə dövlət dəstəyi göstərilməlidir, yardımlar olunmalıdır”.

A.Zeynalov

www.yenicag.az

3413
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM