Müşahidə olunan hava – Dağlıq ərazilərdə qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 14-ü gündüzədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin Lənkəran, Astara, Şamaxı, Mərəzədə yağış, Yardımlı və Lerikin dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Lerik, Lənkəranda 3 mm, Astara, Şamaxıda 2 mm, Mərəzədə 0.6 mm, Yardımlıda 0.4 mm olub.
Şamaxı, Beyləqan, Lerik, Qrızda duman müşahidə edilib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15, aran rayonlarında 13-17, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 7-16 dərəcə isti, havanın minimal temperaturu isə yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta təşkil edib.