!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müsavatçılar yeni partiya yaradır

!Reklam – Yazi

tural-300x221Müsavat partiyasında qurultayın nəticələrindən narazı qalanlar- Səxavət Əlisoy, Qubad İbadoğlu və Əlövsət Talışxanlı arasında uzun müddətdir aparılan müzakirələrə bu həftə yekun vurulacaq. Danışıqların nəticəsində ya yeni birlik, ya partiya yaranacağı deyilir.

Müsavat partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq üzvü Əlövsət Talışxanlı açıqlamasında yeni partiyanın yaradılması məsələsini təsdiqləyib: “Danışıqlar hələ ki, mətbəxt səviyyəsində aparılır. Partiya yaratmaq fikirimiz aktuallaşarsa, onu yaxın günlərdə elan edəcəyik”.

“Bəs, Qubad İbadoğlu Müsavat partiyasından ayrılacaqmı” sualına Ə.Talışxanlının cavabı belə olub: “Bu sual Qubad bəyə ünvanlanmalıdır. Mən onun adından heç nə deyə bilmərəm. Hər halda Müsavatdakı indiki durum orda fəaliyyət göstərməyi mümkünsüz edib. Qubad İbadoğlu iqtisadçı və gənc alimdir. Gənc və yaşlı nəsil arasında bir körpüdür. Mən ona inanıram. Başqa cür mümkün deyil”.

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv