Reklam

Reklam

qabil_huseynli_004-0025-0030qQabil Hüseynli: “Müsavatda hazırkı vəziyyətin yaranmasının səbəbi partiya başındakı bəzi liderlərin reallığı düzgün qavraya bilməməsi və  həddi-hüdudu bilinməyən ambissiyalarıdır”

musavat logo esas fbn4 Müsavat Partiyasında yarpaq tökümü deyəsən daha intensiv xarakter almağa başlayıb. Belə ki, partiyanın Nizami rayon təşklatından 22 nəfərin istefa verməsinin ardınca, Xətai rayon təşkilatının 55 nəfər üzvü də anoloji addım atıb. Bir sözlə, yeni rəhbərliyin yürütdüyü siyasətdən narazı qalanların partiyadan istefaları davam etməkdədir.

Yenicag.az-a açıqlamasında Müsavat Partiyasının sabiq başqanının sabiq müavini, hələ bir neçə il öncə partiyadan istefa verən Qabil Hüseynli: “Müsavatda hazırda cərəyan edən hadisələrin kökü qurultayda qoyulub. Partiya üzvlərinin bir hissəsi hesab edir ki, qurultayda müəyyən səhvlərə yol verilib, nümayəndələrin bəzilərinin səlahiyyətləri legitim deyil. Bu səbəbdən də onlar qurultayın nəticələrini qəbul etmirlər. Bunun ardınca partiya sıralarından qopmalar başladı. Həm də istefasını mətbuata yaymadan sakitcə başını aşağı salıb gedənlərin də sayı az olmadı. Ardınca təşkilatda fraksiyalaşma prosesi başladı. Qubad İbadoğlunun rəhbərliyi ilə böyük bir qrup partiya daxili fraksiya yaratdı. Bunun ardınca da, həmin fraksiyaya daxil olanlar, onun əleyhinə olanlar  və onlar arasında orta mövqe tutan üç qrup arasında mübarizə başladı. Bu mübarizə prosesində faktiki olaraq partiyaya rəhbərlik edənlər Qubad İbadoğlunun rəhbərlik etdiyi adamlara qarşı müəyyən repressiya tədbirlərinə əl atdı. Onlar partiyadan çıxarıldı. Bu isə meydanı daha da qızışdırdı. Məsələni sakitcə oturub həll etmək, problemləri birgə oturub müzakirə etmək əvəzinə qarşıdurma taktikasını seçdilər və bu taktika sürətlə dairəsini genişləndirərək,  partiyanı zəiflədən bir prosesə çevrildi. Bu gün partiyadan qopmalar, istefa kimi hadisələr təşkilatı zəiflətməkdə, onun gücünü azaltmaqdadır. Nəticə etibarı ilə proses artıq qarşısı alınmaz prosesə çevrilib və son nəticədə Müsavatın cəmiyyətin ən zəif partiyalarından birinə çevrilməsinə gətirib çıxaracaq ki, bunun yaranmasının əsas səbəbi partiya başında duran bəzi liderlərin reallığı düzgün qavraya bilməməsi, həddi-hüdudu bilinməyən ambissiyalarıdır”.

Elçin

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."