Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Müşavirədəki nazirlərin çoxu özünü dərsi bilməyən şagird kimi aparırdı” – Araz Əlizadə

“Yaradılmış komissiyanın bu hadisədə məsuliyyəti olan şəxsləri təmizə çıxaracağını düşünmürəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə enerji böhranına səbəb olmuş yüksək çinli məmurların cəzalandırılması ehtimalına münasibət bildirən deputat Araz Əlizadə deyib.

Əlizadənin sözlərinə görə, prezidentin nəzarətində olan təhqiqatın yekununda ciddi cəzalandırmalar olacaq:

“Bildiyiniz kimi, müvafiq dövlət komissiyası yaradılıb və Mingəçevirdə baş vermiş qəzanın səbəbləri, cavabdeh məmurların məsuliyyət məsələləri ciddi şəkildə araşdırılır.

Heç şübhəniz olmasın ki, əgər komissiya təhqiqat nəticəsində Etibar Pirverdyev və ya başqa məmurların günahkar olduqlarını müəyyənləşdirərsə, onlar çox ciddi şəkildə öz cəzalarını alacaqlar.
Bu iş prezidentin nəzarətindədir və hesab etmirəm ki, komissiya qeyri-obyektivlik göstərərək, hansısa məmuru təmizə çıxarmağa cəhd göstərsin.

Prezidentin qəza ilə bağlı keçirdiyi müşavirə haqqında nə demək olar? Görünən bu idi ki, orada iştirak edən nazirlərin çoxu özünü dərsi bilməyən şagird kimi aparırdı”

A.Zeynalov

www.yenicag.az

2133
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS