!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müsəlmanları gözdən salan XARİCİ SERİALLAR: Səbəb nədir? - İlahiyyatçı AÇIQLADI

!Reklam – Yazi

“Netflix”, “Hulu” və s. film platformalarında yayımlanan ekran işlərində islam dini ilə bağlı xoş olmayan fikirlər səsləndirilir. Belə ki, lahiyələrdə yer alan müsəlman obrazlar ictimaiyyətə fərqli şəkildə tanıdılır. Eyni zamanda müsəlmançılıq aşağılanır, müsəlman insanlar çox qatı xarakterdə təqdim edilir.

Bəs bu aqressiyanın səbəbi nədən qaynaqlanır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ilahiyyatçı Yaşar Qurbanov bildirib ki, islam dini çox geniş yayılıb, buna görə də belə hallar yaranır:

“İslam dininin yayılmasının qarşısını almağa çalışırlar. Bu, hər zaman belə olub. Mən 10-15 il öncə Həcc ziyarətində müsəlman olan bir almanla tanış olmuşdum. O, mənə danışırdı ki, Almaniyada necə filmlər və teatrlar çəkilir ki, islam insanların gözündən düşsün. Çünki özləri oxuyub görürlər ki, çıxış yolu islamdadır.

Qəlbin rahatlığı islamdadır. Həmçinin Quranda yazılan bəzi ayələr möcüzədir, Allahın kəlamlarıdır.

İslam Qərb dünyasında sürətlə yayılır. Təxminən 5-10 ildə daha çox yayılmağa başlayıb. Qarşısını almaq üçün də müsəlmanları gözdən salmağa çalışırlar. Səbəb budur. İslamın yayılmağını istəmirlər. Amma boş yerə pul sərf edirlər. Buna nail ola bilməyəcəklər”.

Şahanə Paşa

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv