!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müşfiq Ələsgərli: "MEDİA-nın tələb etdiyi şərtlərin tətbiqi vacibdir" - Onlayn mediaya dəstək layihəsinə MÜSBƏT REAKSİYA

“Bu layihənin elan edilməsi onlayn media qurumlarının institutlaşdırılması baxımından çox mühüm addımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektləri (veb-saytlara) ilə bağlı elan etdiyi dəstək layihəsinə münasibət bildirən Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli səsləndirib.

Müşfiq Ələsgərli qeyd edib ki, MEDİA-nın müsabiqə üçün irəli sürdüyü şərtlər media məkanında stimullaşdırıcı rol oynayacaq:

“Azərbaycanda çox uzun müddətdir ki, onlayn media qurumlarının, xəbər sayt və portallarının maliyyələşdirilməsi üçün üsul və vasitələr axtarılırdı. Onlayn media uzun inkişaf yolu keçib, təkmilləşib. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan məhz onlayn media vasitəsilə dünyaya çıxış əldə edir. Bu baxımdan, onlayn medianın fəaliyyətinin stimullaşdırılması vacib amillərdəndir. Bu layihənin elan edilməsi də, onlayn media qurumlarının institutlaşdırılması baxımından çox mühüm addımdır. Əlbəttə, qoyulan məbləğ KİV qurumunun fəaliyyət göstərməsi üçün minimumdur, ancaq ümumilikdə göstərilən yardımın digər gəlir mənbələri ilə birləşdikdən sonra yetəri qədər maliyyə formalaşacağını deyə bilərik.

Elanda göstərilən şərtlər daha çox diqqət cəlb edir. Bu şərtlər çox mühümdür və tətbiq edilməsi vacibdir. Çünki günümüzdə onlayn media qurumlarının sayı kifayət qədər çox olsa da, media standartlarına cavab verən saytların sayı çox azdır. MEDİA burada müəyyən standartlar tətbiq edib. Bunlar vacib amillərdir: Ünvan, əks əlaqə imkanları, rekvizit, eyni zamanda işçilərin olması. Bu da problemli məsələdir. Çünki xəbər saytları ya bir nəfərdən ibarət olur, ya da könüllüləri istismar edirdilər. Bu standartların müəyyən edilməsi yaxşı haldır.

Hesab edirəm ki, şərtlər bizim kəmiyyəti çox olan onlayn media məkanında səliqə-sahman yaratmaq üçün stimullaşdırıcı rol oynayacaq. Ümid edirik ki, bizim KİV qurumları artıq öz fəaliyyətlərini bu standartlara uyğunlaşdıracaqlar”.

Aqil Bəkir

www.yenicag.az

495
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100